AZ

Oturaq həyat təhlükə yaradır –Həkimdən XƏBƏRDARLIQ

Həkim Svetlana Burnatskaya sağlam və uzun ömür sürməyin əsas qaydalarını açıqlayıb.

Redaktor.az xəbər verir ki, mütəxəssis bu haqda lenta.ru-ya danışıb.

O bildirib ki, uzun müddət oturaq həyat tərzi maddələr mübadiləsini zəiflədir, qan dövranını pozur və ürək-damar xəstəlikləri, diabet, həmçinin depressiya riskini artırır.

Həkim hər 40-60 dəqiqədən bir qısa fasilə verərək gəzməyi və ya sadə fiziki hərəkətlər etməyi tövsiyə edib.

Mütəxəssis həmçinin qida rasionunda tərəvəz və tam qidaların artırılmasını, daha çox su içilməsini məsləhət görüb. Əlavə şəkərli və duzlu emal olunmuş qidaların isə azaldılması tövsiyə olunur.

Burnatskayanın sözlərinə görə, keyfiyyətli yuxu da sağlam uzunömürlülük üçün vacibdir. O, gündə 7-9 saat yatmağı və yatmazdan əvvəl parlaq ekranlardan uzaq durmağı məsləhət görüb.

Həkim əlavə edib ki, davamlı stress, istirahətsiz işləmək, gigiyenaya diqqət etməmək və həkim məsləhəti olmadan özünümüalicə sağlamlığa ciddi zərər verə bilər.

Aytəkin TOFİQQIZI

Seçilən
4
1
redaktor.az

2Mənbələr