AZ

“Folklorumuzu qoruyaq – Tat folklor kollektivlərinə dəstək” layihəsinin icrasına başlanılıb » AzadMedia.az


“AZƏRİ” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin “Folklorumuzu qoruyaq – Tat folklor kollektivlərinə dəstək” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı ildə maliyyələşdirdiyi layihələrdən biridir.

Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, layihənin mahiyyətinə keçməzdən əvvəl qeyd etmək istərdim ki, son illərdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyi tərəfindən tatların tarixi, mədəniyyəti, dili və sənətkarlıq nümunələri ilə bağlı bir sıra layihələr həyata keçirilmişdir. Bu layihələr çərçivəsində sənədli filmlər hazırlanmış, maarifləndirici tədbirlər təşkil olunmuş, həmçinin “Azərbaycan dili – Tat dilinin ləhcələri lüğəti” kitabı nəşr edilmişdir.

“Folklorumuzu qoruyaq – Tat folklor kollektivlərinə dəstək” layihəsi də bu istiqamətdə həyata keçirilən mühüm təşəbbüslərdən biridir. Layihənin əsas məqsədi Şabran rayonunun “Xınayaxdı” folklor kollektivinin və İsmayıllı rayonunun “Lahıc xalq folklor qrupu”nun üzvlərinin tədbirlərdə çıxış etmələri üçün xüsusi geyim dəstlərinin hazırlanmasıdır. Bu məsələ ona görə xüsusi əhəmiyyət daşıyır ki, “Xınayaxdı” folklor kollektivinin üzvlərinin heç birinin, “Lahıc xalq folklor qrupu”nun isə 8 üzvünün çıxış üçün xüsusi geyimi yoxdur.

Layihənin digər məqsədi folklor kollektivlərinin repertuarlarında yer alan nəğmələr, nağıllar, atalar sözləri, bayatılar və digər folklor nümunələrindən ibarət 50–60 səhifəlik kitabçanın hazırlanmasıdır. Kitabçanın hazırlanması zamanı tatların Azərbaycanın müxtəlif bölgələrində – cənub, mərkəz və şimal zonalarında yaşamaları nəzərə alınaraq folklor nümunələrinin bölgələr üzrə təqdim edilməsi nəzərdə tutulur.

Layihənin icrası 01.05.2026-cı il tarixindən 31.07.2026-cı il tarixinədək davam edəcəkdir.

Layihənin icrası çərçivəsində artıq bir sıra işlərə başlanılmışdır. Belə ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinə ayrılmış “Folklorumuzu qoruyaq – Tat folklor kollektivlərinə dəstək” layihəsinin icrasına 01.05.2026-cı il tarixindən başlanılması barədə əmr imzalanmış, layihə rəhbəri və mühasiblə əmək müqavilələri bağlanmışdır.

Eyni zamanda informasiya yayımı və məlumat lövhəsinin hazırlanması üçün müqavilələr imzalanmış, məlumat lövhəsi razılaşdırılaraq çap edilmişdir.

Göründüyü kimi, layihənin icrası ilə bağlı fəaliyyətlərə artıq başlanılmışdır.
Seçilən
5
3
azadmedia.az

4Mənbələr