AZ

Halit xanımı ilə bağlı səssizliyini pozdu Alın təri ilə arıqladı

ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyəli aktyor Halit Ergenç son günlər xanımı Bergüzar Korel haqqında gəzən iddialara münasibət bildirib.

Axşam.az xəbər verir ki, aktyor həyat yoldaşının sağlam yollarla arıqladığını təsdiqləyib.

"Alın təri ilə arıqladı. İdman və yeyib-içdiklərinə nəzarət etdi. Bergüzar belə biridir. Ağlına qoyduğunun arxasınca sonuna qədər gedir" deyə, Halit açıqlamasında söyləyib.

Qeyd edək ki, Bergüzar pəhrizlə arıqladığını desə də, haqqında israrla iynə vurdurması və mədəkiçiltmə əməliyyatı etdirməsi ilə bağlı iddialar səsələndirilir. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
2
axsam.az

3Mənbələr