AZ

“İnter MMC” dən ölkə rəhbərliyinə şikayət Mənzillərini ala bilməyən vətəndaş Mehriban Əliyevadan kömək istə…

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“2019-cu ildə “İnter” MMC-nin direktoru Qabil Əliyev ilə bağladığımız müqavilələrə əsasən, Xətai rayonu, Xocalı prospektində yerləşən binadan iki mənzil (195 kv.m və 80 kv.m) alıb və pulunu tam ödəmişik. Lakin mənzillərin təhvil verilməsi vaxtı çatdıqda şirkət rəhbərliyi müxtəlif bəhanələrlə bizi qapılarda qoymağa başladı”.

Bu sözləri Bakı sakini Könül Adıgözəlova media vasitəsi ilə Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı müraciətdə yazıb.

O, qeyd edir ki, məhkəmə çəkişmələri zamanı binada mövcudluğu protokolla təsdiqlənən mənzillər, icra mərhələsində qəfildən "yoxa çıxıb". Vətəndaş iddia edir ki, məhkəmə qərarını icra etməmək üçün binada süni şəkildə arakəsmələr sökülüb, nömrələr dəyişdirilib və mənzillərin konfiqurasiyası manipulyasiya olunaraq "belə bir mənzil mövcud deyil" görüntüsü yaradılıb.

Hüquqları tapdalandığını və bütün instansiyalarda haqlı olduğunu sübut etdiyini bildirən Könül Adıgözəlova, çarəni ölkənin humanizm və ədalət simvolları olan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya müraciət etməkdə gördüyünü vurğulayıb:

"Mən bir vətəndaş və bir ana kimi Sizlərin mərhəmətinə və ədalətinizə sığınıram. Məhkəmə hakimiyyətini heçə sayan, qanunlardan üstün olduğunu iddia edən şəxslərin özbaşınalığı məni çıxılmaz vəziyyətə salıb. İnanıram ki, Sizlərin bu məsələyə bircə toxunuşunuz mənim tapdalanmış hüquqlarımın bərpasına kifayət edəcək".

Təqdim olunan sənədlərdən görünür ki, Xətai Rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli qətnaməsi ilə mənzillərin vətəndaşa təhvil verilməsi qəti olaraq təsdiqlənib. Bu qərar Bakı Apellyasiya və Ali Məhkəmə tərəfindən də dəyişdirilməyib. Lakin "İnter" MMC hələ də məhkəmə hökmlərinin icrasını təmin etməyib.

Könül Adıgözəlova ümid edir ki, səsi ölkə rəhbərliyi tərəfindən eşidiləcək. Çünki Azərbaycanda heç kim, xüsusilə də vətəndaşı aldadan işbazlar qanundan və ədalətdən üstün ola bilməz.

“İnter MMC”nın rəhbəri Qabil Əliyev “AzPolitika”ya bildirib ki, məhkəmənin qərarı icra olunacaq. Amma o, məsələnin Könül Adıgəzlovanın təqdim etdiyi kimi olmadığını iddia edib. “Bu işlə bağlı başqa məhkəmə qərarları da var. Mənim vəkilim sizinlə əlaqə saxlayacaq”.

Rasim

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
azpolitika.info

1Mənbələr