AZ

Qardaşından İbrahim Tatlısəsə sərt ittiham: Sənət həyatımı bitirmək üçün əlindən gələni edib

ain.az bildirir, Lent az saytına əsaslanaraq.

Məşhur müğənni İbrahim Tatlısesin qardaşı Hüseyn Tatlı, illərdir davam edən səssizliyini pozaraq ailə daxilindəki sənət qarşıdurması ilə bağlı səs-küy yaradacaq açıqlamalar verib.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, qardaşının onun karyerasına dəstək olmaq əvəzinə, maneə törətdiyini iddia edib. Uzun müddətdir kənarda qalmağa üstünlük verdiyini bildirən Hüseyn Tatlı, bu susqunluğun qorxaqlıqdan deyil, nəzakətindən qaynaqlandığını vurğulayıb:

"Mən İbrahim Tatlısesin öz qardaşıyam. Hər kəs həddini bilməlidir. Bu günə qədər səssiz qalmışamsa, bu, əfəndiliyimdən olub. Amma artıq dözmək mümkün deyil, bıçaq sümüyə dayanıb".

Tatlı, sənət dünyasında ona kömək edildiyi barədə gəzən şayiələri qətiyyətlə rədd edib. O bildirib ki, kimsə onun yolunu açmayıb, əksinə, uğur qazanmaması üçün əllərindən gələni ediblər. Xüsusilə böyük qardaşı barədə danışan müğənni, bu acı həqiqəti belə ifadə edib:

"İbrahim Tatlıses mənim qardaşımdır, canımdır, amma o da mənim önümü kəsib. Sənət həyatımı bitirmək üçün əlindən gələni edib".

Televiziya ekranlarında ona dəstək olduqlarını deyənlərin yalan danışdığını qeyd edən Hüseyn Tatlı, bundan sonra susmayacağını bəyan edib. O, baş verənlərin pərdəarxasını və bütün təfərrüatları yaxın zamanda ictimaiyyətə açıqlayacağını bildirərək hər kəsi xəbərdar edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
1
lent.az

2Mənbələr