AZ

“Rəqəmsal bacarıqlar” proqramlaşdırma müsabiqəsi təşkil edilib

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 8 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi və “BDU-nun rəqəmsallaşma komandası”nın birgə təşkilatçılığı ilə “Rəqəmsal bacarıqlar” proqramlaşdırma müsabiqəsi keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, gənclərin rəqəmsal alətlərdən istifadə arealının genişləndirilməsi, qeyd olunan istiqamətdə bacarıqlarının artırılması və nəzəri biliklərin müasir tələblərə uyğun təkmilləşdirilməsi məqsədilə keçirilən müsabiqədə ümumilikdə 30 iştirakçıya müxtəlif proqramlaşdırma tapşırıqları və məntiqi suallar verilib. Rəqabətli və interaktiv mühitdə tələbələr öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

Nəticələrə əsasən, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin II kurs tələbəsi Mehdi Məmmədov I, II kurs tələbəsi Ömər Abbasov II, I kurs tələbəsi Elşən Məhərrəmov isə III yerə layiq görülüb. Qaliblər diplom, medallar və pul mükafatı ilə təltif olunublar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
azertag.az

1Mənbələr