AZ

Aynişanın 45 min izləyicisi silindi

İnfluenser Aynişan Quliyeva son günlər instaqramda silinən hesablardan danışıb.

Musavat.com xəbər verir ki, bloger "story" paylaşaraq bu məsələnin onun da hesabına təsir etdiyini bildirib.

Aynişan deyib ki, səhifəsindən 45 min izləyici silinib.

Qeyd edək ki, "Instagram"ın bot hesablarını qlobal təmizləməsi sosial media dünyasında ajiotaj yaradıb. Platformanın saxta profilləri, passiv istifadəçiləri və avtomatlaşdırılmış əlaqə təmin edən hesabları hədəf alan yeniləməsindən sonra bir çox məşhur izləyicilərinin sayında azalma müşahidə edilib.

Könül
Musavat.com 

Seçilən
46
1
musavat.com

2Mənbələr