AZ

Etibar Məmmədovun pulunun oğurlanmasına cəmiyyətin əksər nümayəndəsi sevinir - SƏBƏB » AzadMedia.az


Bir vaxtlar tribunadan “xalq”, “azadlıq”, “istiqlal” deyənlərin bu gün villalarda yaşaması artıq heç kimi təəccübləndirmir. Etibar Məmmədovun Sabunçudakı bağ evindən 19 min dollar oğurlanması xəbəri sosial şəbəkələrdə daha çox ironik və sərt reaksiyalar doğurdu. İnsanlar hadisənin özündən çox, illərlə siyasətdə olmuş şəxslərin bu qədər dəbdəbəli həyat sürməsinə diqqət çəkdi.
Rəylərdə yazılanlar cəmiyyətin yığılıb qalan narazılığını açıq göstərir:
“Belə də olmalı idi. 20 Yanvarda milləti qırğına verdi, özü və ailəsi villada firavan yaşayırlar. Bu tək Etibara aid deyil, o vaxtın şoumen siyasətçilərinin hamısı belə yaşayır. Əzab çəkən isə yenə millətdir.”
Başqa bir istifadəçi isə hadisəyə kinayə ilə yanaşıb:
“Oğrudan oğruya halaldı.”
Digər rəylərdə də oxşar münasibət hiss olunur:
“Nə olacaq ki, oğrudan oğruya halaldır!”
“19 min dollara görə sənin kimi adam narahat olar? Sənin üçün tum pulu kimidir.”
Ən sərt reaksiyalardan biri isə belə olub:
“Bu uşaq pul oğurlayıb, Etibar Məmmədov isə xalqın siyasi əqidəsini oğurlayıb!”
Cəmiyyətin bir hissəsi artıq belə xəbərlərə hüquqi hadisə kimi yox, sosial ədalətsizliyin simvolu kimi baxır. İnsanların əsəbi oğurlanan pula deyil — illərlə siyasətdə olub böyük sərvət sahibi olanlara, xalqdan uzaq düşən keçmiş siyasətçilərədir. Bu reaksiyalar göstərir ki, ictimai yaddaş hələ də silinməyib və insanlar keçmişin hesabını bu günün xəbərlərində axtarmağa davam edir.
Seçilən
0
1
azadmedia.az

2Mənbələr