Ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən Respublika Fənn Olimpiadasında Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin şagirdləri yüksək nəticələr əldə ediblər.
Sumqayıt şəhəri üzrə məktəblərin şagirdləri ümumilikdə 40 medal qazanıblar (5 qızıl, 16 gümüş, 19 bürünc). Ən yüksək nəticə göstərən təhsil müəssisələri sırasında Təbiət Elmləri Təmayüllü Gimnaziya (15 medal), 23 nömrəli tam orta məktəb (11 medal) və Nizami Gəncəvi adına lisey (4 medal) yer alır. Bununla yanaşı, 24, 27, 31, 35 və digər nömrəli məktəblərin şagirdləri də uğurlu nəticələr əldə ediblər.
Abşeron rayonu üzrə isə məktəblərin şagirdləri 19 medal qazanıblar (2 qızıl, 3 gümüş, 14 bürünc). Bu göstəricidə Xırdalan 5 nömrəli, Masazır 3 nömrəli, Qobu 1 nömrəli məktəblər və digər təhsil müəssisələrinin şagirdləri fərqləniblər.
Qeyd edək ki, olimpiadada qazanılan uğurlar şagirdlərin bilik və bacarıqlarının inkişafında müəllim əməyinin, valideyn dəstəyinin və məktəb mühitinin mühüm rol oynadığını bir daha təsdiqləyir.