AZ

Bakıda qadın həmcinsinin barmağını sındırdı Sən kimsən, qayınatama söz deyirsən...

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Abşeron rayonunda qadınlar arasında yaranan mübahisə sonda cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 21-də rayonun Qobu qəsəbəsində baş verib. Ağcabədi rayon sakini, 1993-cü il təvəllüdlü Sevil həmin gün saat 18 yaşadığı evin həyətində qonşusu Rəqsanənin yaşadığı evin həyətindən onlara yol verməməsini, qaynanası və azyaşlı oğlunu söyərək təhqir etməsini irad bildirib. 

Bu səbəbdən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı yumruqla Rəqsanənin (adlar şərtidir – red.) boyun nahiyəsinə bir neçə dəfə vurub və əlindən tutaraq barmaqlarını sıxıb, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. İş üzrə izahat verən Sevil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, qaynanası Nəsibə ilə bir evdə yaşayır:“Zərərçəkmiş Rəqsanəni tanıyıram, onunla qonşuluqda yaşayıram. Bizim yaşadığımız evin yolu Rəqsanənin yaşadığı evin həyətindən keçir. Əslində həmin yol bizə aiddir. Yolumuz Sevilin həyətindən keçdiyi üçün hər dəfə həmin yolu keçməklə bağlı onunla sözlü mübahisələrimiz oldu. Mən və qaynanam Nəsibə dəfələrlə Rəqsanəyə dedi ki, hasarı öz ərazisindən çəksin. Lakin Rəqsanə həyətinin hasarını bizim yolumuzun üstündən çəkdi və bizim yolumuz onun həyətinə düşdü”.Təqsirləndirilən şəxs deyib ki, 2025-ci ilin avqustun 21-də, saat 15 radələrində işdə olan zaman azyaşlı oğlu Əli ona zəng edib:“Oğlum dedi ki, nənəsi ilə yolu keçən zaman Rəqsanə ona hədə-qorxu gəlib, oğlumu və qayınanamı söyüb, oğlumu sinəsindən vuraraq itələyib. Oğluma dedim ki, heç kimlə işin olmasın. Həmin gün saat 18 radələrində işdən evə gələn zaman Rəqsanənin evinin həyətində dayandığını gördüm. Ona dedim ki, niyə uşağımı, qayınanamı söyüb təhqir etmisən, uşağımı qorxudaraq itələmisən. Rəqsanə isə uşağıma heç nə eləmədiyini söylədi. Rəqsanə sözünü bitirən kimi, məni söyüb təhqir etdi, üstümə cumaraq məni vurmağa başladı. Mən də özümü müdafiə etmək üçün Rəqsanəni yumruqla baş və boyun nahiyyələrinə vurdum. Sonra əlindən tutaraq barmaqlarını sıxdım və barmağı sındı. Həmin vaxt Rəqsanə məndən ayrıldı. Sonra öz yaşadığım evə getdim. Evdə Rəqsanə ilə aramızda olan davanı qaynanama danışdım. O da Rəqsanəyə baş qoşmamağımı dedi”.İş üzrə zərərçəkmiş Rəqsanənin sözlərinə görə, Sevil onunla qonşuluqda yaşayır:“Sevilin qaynanası Nəsibə çoxdan ev almalarına baxmayaraq keçməyə yolları olmadığından həmin evdə yaşayıblar. Təxminən 2 il olar həmin evdə yaşayırlar. Nəsibə yaşadığı evin yolu mənim yaşadığım evin həyətindən keçməməsinə baxmayaraq gələrək həyətin hasarından yol açdı, həyətindən keçərək getdilər. Nəsibəgilin ümumiyyətlə keçməyə yolları yoxdur. Mən dəfələrlə Kəmaləyə bildirmişəm ki, keçdikləri yol mənim həyətimə aiddir, özlərinə həyətindən kənarda yol salsınlar. Lakin Nəsibəgil bununla bağlı heç bir nəticə çıxarmadılar. Bununla bağlı aramızda dəfələrlə mübahisələrimiz olub”.Zərərçəkmiş qeyd edib ki, 2025-ci ilin avqustun 21-də, saat 15 radələrində yaşadığı evin həyətində olan zaman bir nəfər naməlum kişinin həyətindən keçdiyini görüb:“Həmin şəxsə həyətimdə nə etdiyini soruşdum. O, Nəsibənin evində usta işlədiyini bildirdi. Həmin tanımadığı şəxsə həyətimdən çıxmasını, bir də bu həyətə girməməsini bildirdim. Bununla bağlı Nəsibə ilə aramızda sözlü mübahisələrimiz oldu. Nəsibə məni söyərək təhqir etdi. Həmin vaxt hücum çəkərək qızımı vurmaq istədi. Mən də Nəsibənin qarşısına keçdim və buna imkan vermədim. Daha sonra Nəsibə getdi. Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək qızımın döyülməsi haqqında məlumat verdim. Aradan bir iki saat keçdikdən sonra saat 18 radələrində Nəsibənin gəlini Sevil gəldi və mənə “sən kimsən mənim qayınanamı söyüb təhqir edirsən”, - deyə bildirdi. Bununla bağlı Sevil ilə aramızda sözlü mübahisələrimiz oldu və biz əlbəyaxa olduq. Həmin vaxt Sevil yumruqla boyun nahiyəmə zərbələr endirərək əli ilə sağ əlimin çeçələ barmağını sındırdı”. Abşeron Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 1.12, 1.16 və 5.1-ci bəndləri tətbiq edilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv edilib.Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
demokrat.az

1Mənbələr