“Expressbank”da növbəti dəfə könüllü qanvermə aksiyası təşkil olunub.
8 May – Beynəlxalq Talassemiya Günü münasibətilə bankın baş ofisində baş tutan aksiyanın əsas məqsədi talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək olmaq olub.
Respublika Qan Bankı ilə əməkdaşlıq çərçivəsində keçirilən aksiya zamanı donor olmaq istəyən əməkdaşlar əvvəlcə tibbi yoxlamadan keçirilib, həkimlərin rəyinə əsasən, sağlamlıq göstəriciləri uyğun hesab edilən şəxslərdən qan götürülüb.
Təşəbbüsə bankın rəhbər heyəti və Baş ofis əməkdaşları ilə yanaşı, paytaxt filiallarının əməkdaşları da qoşulub.
Qeyd edək ki, qanvermə aksiyaları artıq uzun illərdir “Expressbank”ın korporativ sosial məsuliyyət fəaliyyətlərinin mühüm istiqamətlərindən biri kimi davam etdirilir. Bank gələcək dövrdə də cəmiyyət üçün faydalı sosial layihələrin həyata keçirilməsini planlaşdırır.
“Expressbank” Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəranda olmaqla, 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın “İnstagram”, “Facebook”, “LinkedIN” və “Telegram” sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəhəri, Y.V.Çəmənzəminli küçəsi, 134C.