Beş ildən sonra Azərbaycan derbisində qələbə qazanan «Neftçi»nin mükafat fondu artırılıb.
Bu, klub rəhbərliyinin futbolçulara dəstək xarakterli jestidir.
Belə ki, doğma azarkeşi önündə «Qarabağ»ı Emil Səfərov və Bassala Sambunun qollarıyla 2:1 üstələyən «ağ-qırmızılar»ın aldığı mükafat 6000 manatdan 10 min manatadək artırılıb.
Yönətim avrokuboklara vəsiqə qazanmaq perspektivini nəzərə alaraq, belə bir yol tutub.
“Neftçi” 2021-ci ildə də oxşar ssenari ilə “Qarabağ”ı çempionluqdan etmişdi. Uzun fasilədən sonra “ağ-qaralar” yenidən əzəli rəqiblərini büdrədərək bu dəfə qızıl medalları “Sabah”a “hədiyyə” etdilər.
Beş ildən sonra əldə olunan uğurlu nəticə “ağ-qaralar”ı turnir cədvəlində dördüncü pilləyə qaldırdı. İndi onlar Konfrans Liqasına daha yaxındırlar.
SPORTİNFO.AZ