AZ

Mark Hamill ilə Tramp arasında gərginlik

Hollivudun məşhur aktyoru Mark Hamill ilə ABŞ Prezidenti Tramp arasında gərginlik sosial şəbəkədə edilən paylaşım sonrası yenidən alovlanıb.

"Cebheinfo.az" xəbər verir ki, Trampı məzarda göstərən süni intellekt görüntüsünü paylaşan Hamillə Ağ Ev sərt reaksiya verib.

“Ulduz müharibələri” film seriyasında Lyuk Skayuoker obrazını canlandıran və “Betmen” animasiya seriyasında Coker obrazını səsləndirən Mark Hamill Bluesky sosial media hesabında Trampın məzarda uzandığını əks etdirən süni intellekt görüntüsünü paylaşıb.

“Hollywood Reporter” jurnalının məlumatına görə, görüntüdə Trampın arxasındakı başdaşında “1946–2024” yazılıb. Paylaşımda isə yalnız “Kaş ki” sözləri yazılıb.

Hamill paylaşımında Trampın “ara seçkilərdə ağır məğlubiyyət yaşayacaq qədər uzun ömür sürməli olduğunu”, “işlədiyi cinayətlərə görə cavab verməli olduğunu” və “tarix kitablarında rüsvay olmuş biri kimi xatırlanacağını” bildirib. Hamill həmçinin Tramp haqqında “dələduz” ifadəsini işlədib.

Ağ Evin “Rapid Response 47” adlı kommunikasiya hesabı Hamillin paylaşımının görüntüsünü yayımlayaraq aktyoru hədəf alıb.

Seçilən
19
1
cebheinfo.az

2Mənbələr