AZ

Bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir FAKTİKİ HAVA

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-i saat 16:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir. Bir sıra ərazilərdə yağıntılar intensiv xarakterlidir.

Şahbuz, Daşkəsən, Gədəbəy, Şəki, Oğux, Qəbələ, İsmayıllı, Şamaxı, Xızı, Quba, Qusar, Şabran, Xaçmaz, Balakən, Qax (Sarıbaş), Göyçay, Zərdab, Yardımlı, Lerikdə arabir şimşək çaxır, yağış yağır.

Şahdağ, Qrız və Xınalıqda isə arabir qar yağması müşahidə olunur. Saat 14:28-14:29 radələrində Gədəbəy rayonuna xırda ölçülü dolu düşüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
37
azertag.az

10Mənbələr