AZ

Keçmiş prezident Bolqarıstanın yeni baş naziri seçildi

"Mütərəqqi Bolqarıstan" koalisiyasının lideri Rumen Radev Bolqarıstanın yeni baş naziri seçilib.

Publika.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Məclisi məlumat yayıb.

Bildirilib ki, parlament üzvləri onun Nazirlər Şurası üçün təklif etdiyi strukturu təsdiqləyib və hökumət üzvlərini seçiblər: “Rumen Radevin bu vəzifəyə namizədliyi 124 deputat tərəfindən dəstəklənib, 70 nəfər əleyhinə səs verib, 36 nəfər isə bitərəf qalıb”.

Xatırladaq ki, keçmiş prezident Rumen Radevin rəhbərlik etdiyi "Mütərəqqi Bolqarıstan" koalisiyası aprelin 19-da növbədənkənar parlament seçkilərində qalib gəlib.

Seçilən
40
publika.az

1Mənbələr