AZ

Kişilər qadınlara nisbətən planetə daha çox zərər vurur Səbəb nədir?

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Alimlər ənənəvi kişi davranış modellərinin iqlim və ətraf mühitə mənfi təsir göstərdiyini bildiriblər. Demokrat.az xəbər verir ki, bu barədə “Daily Mail” yazır.13 ölkədən olan tədqiqatçıların “Men, masculinities, and the planet at the end of (M)Anthropocene” (Kişilər, kişilik və (M)Antroposenin sonundakı planet) adlı işində kişi davranışlarının və sosial rollarının ekoloji sistemlərə və iqlim dəyişikliyinə təsiri təhlil edilib.Tədqiqatçılar belə nəticəyə gəliblər ki, kişilərin ümumi karbon izi qadınlara nisbətən daha böyükdür. Bu, əsasən daha çox səyahət etmə, nəqliyyatdan aktiv istifadə və ət istehlakı ilə əlaqələndirilir. Alimlərin sözlərinə görə, kişilər iqlim dəyişikliyi ilə bağlı məsələlərə daha az həssas yanaşır və gündəlik vərdişlərini dəyişməyə daha az meyillidirlər.Alimlər qeyd ediblər ki, “kişi” hesab edilən bəzi fəaliyyət növləri də ətraf mühitə ciddi ziyan vurur. Bunlara balıqçılıq, ovçuluq və ət istehlakı daxildir.Haddersfild Universitetinin sosiologiya professoru Ceff Hırn bildirib ki, bu mövzu elmi müzakirələrdə kifayət qədər nəzərə alınmır: “Artıq bir çox tədqiqatlar göstərir ki, bəzi kişi davranış modellərinin ətraf mühitə və iqlimə açıq şəkildə mənfi təsiri var.”Tədqiqatın əsas nəticələri altı istiqamətdə ümumiləşdirilib.1. Kişilərin karbon izi daha böyükdürAlimlər bildiriblər ki, kişilər qadınlara nisbətən daha çox səyahət edir, nəqliyyatdan daha intensiv istifadə edir və daha çox ət istehlak edirlər. Bu da onların ekoloji təsirini artırır.2. Kişilər iqlim dəyişikliyi ilə daha az maraqlanırTədqiqatçılara görə, kişilər iqlim dəyişikliyi ilə bağlı narahatlıqları daha az ifadə edir və davranışlarını dəyişməyə daha az meyillidirlər.3. Kişilər ekoloji siyasətdə daha passivdirAlimlər qeyd ediblər ki, kişilər ekoloji siyasətdə daha az aktivlik göstərir və bu sahədəki təşəbbüsləri daha az dəstəkləyirlər.4. “Kişi” fəaliyyətləri daha zərərlidirTədqiqatda ağır sənaye, kimya, mədənçilik və hərbi fəaliyyətlər kimi sahələrin ekoloji baxımdan daha çox zərər yaratdığı vurğulanır.5. Ən böyük təsir imtiyazlı qruplardandırAlimlərin fikrincə, ən böyük ekoloji təsir Qlobal Şimal ölkələrində yaşayan imtiyazlı kişilərin fəaliyyəti ilə bağlıdır.6. Bütün kişilər eyni deyilTədqiqatçılar qeyd ediblər ki, bu nəticələr bütün kişilərə aid edilmir və bir çox kişi ekoloji problemlərlə mübarizədə aktiv iştirak edir.Əvvəllər aparılan digər bir araşdırmada isə şəhər quşlarının qadınlardan daha çox kişilərdən çəkinməsi kimi nəticələr də qeyd olunmuşdu. Alimlər bunun səbəbini davranış, səs, hərəkət və digər amillərlə əlaqələndirsələr də, hələlik dəqiq izah yoxdur.Jalə

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
demokrat.az

1Mənbələr