AZ

İran XİN-dən atəşkəslə bağlı SON DƏQİQƏ açıqlaması

İran Xarici İşlər Nazirliyi cümə günü verdiyi bəyanatda ABŞ-nin atəşkəs rejimini pozduğunu elan edib.

Musavat.com xəbər verir ki, rəsmi Tehran Birləşmiş Ştatların Cask limanı və Hörmüz boğazı yaxınlığında İrana məxsus iki neft tankerinə, həmçinin bu su yoluna çıxışı olan bir neçə sahil bölgəsinə hücum etdiyini bildirib.

Nazirliyin bəyanatında qeyd olunur ki, hücumlar cümə axşamı gecə saatlarında və cümə günü səhər erkən baş verib.

İran tərəfinin bildirdiyinə görə, ölkənin silahlı qüvvələri hücumlara "sarsıdıcı cavab" verib və bu, hücum edən tərəfin öz məqsədlərinə çatmasına mane olub.

XİN bu hərəkətlərin ötən ay əldə olunmuş atəşkəs razılaşmasının "aşkar şəkildə pozulması" olduğunu vurğulayıb və Vaşinqtonu "təcavüzkar və təxribatçı" davranışda ittiham edib.

Bəyanatda həmçinin bildirilir ki, ABŞ-nin regiondakı hərəkətlərinə qarşı beynəlxalq ictimaiyyətin fəaliyyətsizliyi təhlükəli nəticələrə yol aça bilər.

İran tərəfi BMT Təhlükəsizlik Şurasına və təşkilatın Baş katibinə xəbərdarlıq edərək, ABŞ qoşunlarının Fars və Oman körfəzlərində mövcudluğunun təhlükəsizlik deyil, qeyri-sabitlik mənbəyi olduğunu əlavə edib.

Musavat.com

Seçilən
13
musavat.com

1Mənbələr