Azərbaycan Premyer Liqasının 31-ci turunda “Sabah” doğma meydanda “Kəpəz”i qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, iki komanda da görüşə itkilərlə çıxacaq. Gəncə klubunda cəzalı Luis Paçu ilə yanaşı, zədəli Veysəl Rzayevlə Məqsəd İsayev meydana çıxa bilməyəcək.
“Sabah”da isə üç futbolçu cəzalıdır – Aleksey İsayev, Rəhman Daşdəmirov və İvan Lepinitsa cəzalıdır. Pavel Şafranko isə zədəlidir.
“Sabah” – “Kəpəz” matçı bu gün saat 19:30-da start götürəcək.