AZ

Almaniyada bank qarəti: Girovlar var

Almaniyada bank qarəti: Girovlar var

Almaniyanın Reynland-Pfalts əyalətində bir bank filialına hücum edən qarətçilər aralarında pul daşıyan zirehli maşının sürücüsünün də olduğu bir neçə nəfəri girov götürüblər.

AFN.az xəbər verir ki, Almaniyanın qərbində yerləşən Sintsiq qəsəbəsindəki "Volksbank" filialına səhər saatlarında pul çatdırmaq üçün gələn zirehli maşın binanın qarşısında cinayətkarların hədəfinə çevrilib.

Zirehli maşının sürücüsünü girov götürərək banka daxil olan şübhəlilər içəridəki digər şəxsləri də əsir alaraq kassa otağına keçiblər.

Hadisədən dərhal sonra bölgəyə çox sayda polis qüvvəsi cəlb edilib, bankın ətrafı təhlükəsizlik çəmbərinə alınaraq əhaliyə ərazidən uzaq durmaq barədə xəbərdarlıq edilib.

Polisin verdiyi rəsmi açıqlamada bankın daxilində birdən çox cinayətkarın və girovun olduğu ehtimal edildiyi bildirilib.

Almaniya mediasında yer alan xəbərlərə görə, qarətçilərdən biri ilə girov götürülən sürücü hazırda bankın seyf bölməsindədir.

Ciddi təhlükəsizlik tədbirlərinin görüldüyü ərazidə polisin danışıqlar aparmaq və ya əməliyyata başlamaq üçün hazırlıq vəziyyətində gözlədiyi qeyd olunur.

Seçilən
23
afn.az

1Mənbələr