AZ

Anangilə niyə getmişdin dedi, arvadını döydü Məhkəmə

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Abşeron rayonunda 41 yaşlı kişi arvadına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin martın 7-də baş verib. 1985-ci il təvəllüdlü Taleh həmin gün saat 12 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olarkən ailə üzvləri ilə birlikdə yaşadığı evdə arvadı Kəmalə (adlar şərtidir – red.) mübahisə edib. Bu mübahisəyə səbəb Kəmalənin ondan icazəsiz evi tərk edərək valideynlərinin yanına gedib və qayıtmasına görə irad bildirməsi üstündə baş verib. Həmin səbəbdən tərəflər arasında ailə münaqişəsi zəminində baş vermiş narazılıqla bağlı mübahisə zamanı Taleh əsəbiləşərək arvadının üzərinə hücum edib, əl, yumruq zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə ardıcıl vurub.  Həmin zərbələrindən qadın yerə yıxılaraq başının evin döşəməsinə dəyməsinə səbəb olmaqla xəsarətlər alıb. İş üzrə izahat verən Taleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, arvadı Kəmalə ondan icazəsiz yaşadığı evdən çıxıb və valideyinlərinin yaşadığı ünvana gedib:“Növbəti gün saat 9 radələrində evdən çıxdım və Xırdalan şəhərinə getdim. Saat 12 radələrində yaşadığım evə qayıdarkən Kəmalənin evə qayıtdığını gördüm. Ondan hansı səbəbə icazəsiz evi tərk edərək getdiyini soruşdum. Bu səbəbdən aramızda mübahisə baş verdi. Mübahisə zamanı əsəbiləşərək Kəmalənin üzərinə getdim və qəsdən əl, yumruq zərbələri ilə bir neçə dəfə onun sifət nahiyəsindən vurdum. Kəmalə aldığı zərbələrin təsirindən yerə yıxıldı və başı döşəməyə dəydi. Bundan sonra mübahisələrimiz başa çatdı. Mən yaşadığım evi tərk edərək yaxınlıqda olan mağazaya getdim. Evə qayıtdıqda isə Kəmalənin getdiyini gördüm”. İş üzrə zərərçəkmiş Kəmalənin sözlərinə görə, Taleh ilə 2012-ci ildə ailə həyatı qurub, həmin evlilikdən iki övladı anadan olub:“Evli olduğumuz müddətdə mütəmadi olaraq valideynlərimin Qobu qəsəbəsində yaşadıqları evlərinə gedib-gəlirəm. Bununla bağlı hər dəfə Taleh mənimlə mübahisələr edib”. Zərərçəkmiş daha sonra ifadəsində əri ilə mübahisə etməsindən, əri ilə baş verən mübahisə ilə bağlı polisə şikayət etməsindən danışıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkmiş ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb. Abşeron Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
demokrat.az

1Mənbələr