AZ

AzTU və TAU kollektivi Ulu Öndərin məzarını ziyarət ediblər

Bakı, 8 may, AZƏRTAC

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Azərbaycan Texniki Universitetinin (AzTU) və Türkiyə-Azərbaycan Universitetinin (TAU) kollektivi mayın 8-də Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub.

Seçilən
17
azertag.az

1Mənbələr