AZ

Uşaqlarda zorakılıq meyilləri niyə artıb?

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Son illərdə uşaqlar və yeniyetmələr arasında müşahidə olunan qəzəb partlayışları, həmyaşıd zorakılığı, özünəqapanma, riskli davranışlar və zorakılığa meyil getdikcə artır.

Uşaqlar çox vaxt yaşadıqları çətinlikləri sözlə ifadə etmir, bunu davranışları ilə göstərirlər.

“Cebheinfo.az”-ın araşdırmasına görə, bu cür davranışlar uşağın daxilində yaşadığı emosional gərginliyin və psixoloji yükün əlaməti hesab olunur. 

Yəni aqressiya, əsəbilik və ya özünəqapanma uşağın köməyə ehtiyacı olduğunu göstərə bilər.Mütəxəssislərin fikrincə, sosial medianın nəzarətsiz təsiri, ailədaxili ünsiyyətin zəifləməsi, məktəb təzyiqi, tənhalıq hissi və emosiyaları ifadə edə bilməmək uşaqlarda psixoloji gərginliyi artıran əsas səbəblərdəndir. 

Bu vəziyyət həm davranış dəyişiklikləri, həm də aqressiv reaksiyalarla özünü göstərə bilər.Xüsusilə sosial şəbəkələrdə zorakılıq görüntülərinin adi hala çevrilməsi, virtual mühitdə təhlükəli insanlarla ünsiyyət riski və həmyaşıd təzyiqi yeniyetmələrin psixoloji vəziyyətinə ciddi təsir edir.

Bir çox uşaq yaşadığı problemi valideynləri ilə bölüşmək əvəzinə susmağa üstünlük verir. Bu isə zaman keçdikcə aqressiya, özgüvən itkisi, sosial uzaqlaşma və ya riskli davranışların yaranmasına səbəb ola bilir.

Uşaqlarla sağlam ünsiyyət qurmaq, onları mühakimə etmədən dinləmək və emosiyalarını sərbəst ifadə etmələrinə şərait yaratmaq olduqca vacibdir.

Valideynlərin uşağın davranışındakı ani dəyişikliklərə diqqətli yanaşması, məktəb və sosial çevrədə baş verənləri izləməsi, ehtiyac yaranarsa vaxtında mütəxəssis dəstəyinə müraciət etməsi daha ciddi problemlərin qarşısını ala bilər.  

Uşaqların davranışındakı dəyişikliklərə vaxtında diqqət yetirmək gələcəkdə daha ciddi problemlərin qarşısını ala bilər. Sağlam ailə mmünasibəti və düzgün ünsiyyət uşağın özünü güvəndə hiss etməsində mühüm rol oynayır.

Gülər Həsənli    

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
1
cebheinfo.az

2Mənbələr