AZ

Qardaşından İbrahim Tatlısəs haqqında ŞOK SÖZLƏR: Görün nələr edib...

Türkiyənin tanınmış müğənnisi Hüseyn Tatlı qardaşı, məşhur sənətçi İbrahim Tatlısəs haqqında sərt bəyanatlarla çıxış edib.

Musavat.com "Sondakika.com"a istinadən xəbər verir ki, uzun müddətdir səssizliyini qoruyan Hüseyn Tatlı artıq susmayacağını və bütün həqiqətləri açıqlayacağını bildirib.

Açıqlamasında bu günə qədər sakit qalmasının səbəbinin tərbiyəsi ilə bağlı olduğunu qeyd edən Tatlı, tənqidlərinin hədəfini belə müəyyənləşdirib:

"Kimsə elə sanmasın ki, səssizliyim qorxaqlığımdandır. Amma artıq bıçaq sümüyə dirənib. Mən İbrahim Tatlısəsin öz qardaşıyam, Hüseyn Tatlıyam. Hər kəs həddini bilməlidir".

Sənət həyatı boyunca ona dəstək olunduğu barədə gəzən söz-söhbətləri qəti şəkildə rədd edən ifaçı, qardaşı haqqında sarsıdıcı iddialar irəli sürüb:

"Mənə bu vaxta qədər "sənin önünü açdım, kömək etdim" deyənlər yalan danışırlar. Kimsə mənə dəstək olmayıb, əksinə, yolumu kəsiblər. İbrahim Tatlısəs mənim qardaşımdır, canımdır, amma o da mənim sənət həyatımı bitirmək üçün əlindən gələni edib".

Hüseyn Tatlı televiziyalarda ona dəstək verildiyi barədə deyilənlərin tamamilə yalan olduğunu vurğulayaraq, yaxın gələcəkdə hər şeyi təfərrüatı ilə danışacağını və artıq heç nədən çəkinməyəcəyini əlavə edib.

Musavat.com

Seçilən
30
musavat.com

1Mənbələr