AZ

Putin Mirziyoyevi 9 May paradına şəxsən dəvət edib

Moskva Özbəkistan prezidentinin əvvəlcə planlaşdırmadığı səfəri üçün diplomatik və siyasi təzyiqləri göstərib...

Poliqon xəbər verir ki, Nezavisimaya Gazeta nəşri mənbələrə istinadən Rusiya prezidenti Vladimir Putinin Özbəkistan prezidenti Şavkat Mirziyoyevi 9 May Qələbə Paradında iştirak etmək üçün şəxsən dəvət etdiyini yazıb.

Məlumata görə, Kremlin lideri Mirziyoyevlə birbaşa telefon əlaqəsi saxlayaraq onu Moskvaya dəvət edib. Özbəkistan prezident administrasiyasındakı mənbə iddia edib ki, bu zəng səfərlə bağlı qərarın dəyişməsində həlledici rol oynayıb.

Bildirilib ki, Mirziyoyevin ilkin planlarında Moskva səfəri olmayıb və o, bayram günlərini ölkəsində keçirməyi planlaşdırırıb. Lakin sonradan Rusiya tərəfinin diplomatik təzyiqləri intensivləşib.

Mənbələrin məlumatına görə, son aylarda Eusiya Xarici İşlər Nazirliyinin Özbəkistan prezidentini Qələbə tədbirlərinə dəvət etmək üçün ardıcıl diplomatik təşəbbüslər göstərib. Həmçinin Rusiya Prezident Administrasiyasından rəsmilər də bu istiqamətdə danışıqlarda iştirak edib.

Məlumatda qeyd olunur ki, Rusiya Prezident Administrasiyası rəsmisi Sergey Kiriyenkonin Daşkəndə səfəri zamanı o, Mirziyoyevin ailə üzvlərinə də tədbirin siyasi və simvolik əhəmiyyətini izah edib.

Özbəkistan tərəfi isə təhlükəsizlik və siyasi risklər səbəbilə ilkin mərhələdə səfərin təşkil olunmamasına üstünlük verib. Lakin son günlərdə Moskvanın diplomatik fəallığının artdığı bildirilir.

Mənbələrə görə, iş adamı Əlişir Usmanov da Mirziyoyevlə əlaqə saxlayaraq onu Moskvaya səfərə razı salmağa çalışıb. Eyni zamanda Rusiya Prezident Administrasiyasından və Sergey Kiriyenkodan da əlavə telefon zənglərinin olduğu qeyd edilir.

Nəticədə, qərarın birbaşa Vladimir Putinin müdaxiləsindən sonra dəyişdiyi iddia olunur və Mirziyoyevin Moskvaya səfəri təsdiqlənib.

Mənbələr həmçinin bildirirlər ki, Qazaxıstan prezidenti Kassym-Jomart Tokayev də 9 May tədbirlərində iştirak etmək qərarına gəlib. Onun da Moskva ilə yüksək səviyyəli məsləhətləşmələr apardığı ehtimal edilir.

Diplomatik analitiklər hesab edirlər ki, Moskva MDB məkanında Qələbə Paradına yüksək səviyyəli iştirak təmin etməklə siyasi təsirini və regional nüfuzunu nümayiş etdirməyə çalışır.

Poliqon.info

Seçilən
56
poliqon.info

1Mənbələr