Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə rəis müavini, rəis vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.
FED.az xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.
Qeyd edək ki, bundan əvvəl Fətəliyev Nurlan Mirzəmməd oğlu Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb.
Rəis müavini də təyin olunub
Nəcəfalıyev Nəcəfalı Əziz oğlu Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini təyin edilib. Bununla bağlı müvafiq sərəncam imzalanıb.
Qeyd edək ki, bundan əvvəl Nəcəfalıyev Nəcəfalı Əziz oğlu Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin idarə heyətinin sədri vəzifəsində çalışıb.

