AZ

Azərbaycandan Ermənistana dizel yanacağı İXRAC olunacaq

Sabah Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı ixrac olunacaq.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, Ermənistana 8 vaqon dizel yanacağı göndəriləcək.

Bundan başqa, Azərbaycandan tranzit keçməklə, Rusiyadan Ermənistana 6 vaqon gübrə tədarük olunacaq.

Məhsullar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınacaq.

Bizim.Media

Seçilən
4
25
bizim.media

10Mənbələr