AZ

Pentaqon müntəzəm olaraq UNO larla bağlı sənədləri dərc edəcək

Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Pentaqon hər bir neçə həftədən bir uçan naməlum obyektlərlə (NLO) bağlı yeni sənədlər dərc edəcəyini bəyan edib.

Bakupost.az ABŞ mediasına istinadən xəbər verir ki, cümə günü Pentaqonun saytında onlarla foto, video və mətn sənədləri yerləşdirilib.

"Müharibə Nazirliyi yeni materialları aşkarlandıqca və məxfilikdən çıxarıldıqca müntəzəm əsasda dərc edəcək, sənədlər paketləri bir neçə həftədən bir yerləşdiriləcək", – Pentaqonun bəyanatında deyilir.

ABŞ-nin NLO ilə bağlı məxfilikdən çıxarılmış materiallarının birinci hissəsinə "Apollo 17" missiyasının arxiv şəkilləri, 2025-2026-cı illərə aid hərbi müşahidələr və bir neçə həll olunmamış hadisə daxildir.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl sələfi Barak Obamanın yadplanetlilər barədə etirafından sonra Pentaqonun Yer kürəsindən kənar həyat və NLO haqqında məlumatlarını dərc etməyi vəd etmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
2
www.bakupost.az

3Mənbələr