AZ

Tehranı tərk edən Azərbaycan rəhbərinə təyyarədə zəng gəldi: dəhşətli hadisənin ŞOK detalları – VİDEO

Bu gün Şuşanın Ermənistan tərəfindən işğalının ildönümüdür. Şuşa 2020-ci ilin 8 noyabrında azad edilsə də, işğal günü bu gün də xatırlanır. Bu, tarixi yaddaşın, xalqımızın məruz qaldığı haqsızlığın unudulmaması baxımdan zəruri hesab edilir.

Şuşanın işğalı ilə bağlı nadir faktları oxucularımız üçün də maraqlı olacağını nəzərə alaraq yenidən təqdim edirik:

1992-ci ilin may ayında Şuşa şəhərinin, ardından Laçın rayonunun ermənilər tərəfindən işğal olunması hər il anım günlərində müzakirə edilir. Bildirilir ki, bu iki rayonun ermənilər tərəfindən işğal edilməsində hakimiyyət uğurunda mübarizə aparan siyasi qüvvələrin rolu olub.

Həmin dövrdə Azərbaycanda hərbi-siyasi qarışıqlıq, hərc-mərclik hökm sürürdü. 1992-ci ilin martın 6-da istefaya göndərilən Ayaz Mütəllibov həmin il may ayında qanunsuz şəkildə iqtidara qayıtmağa cəhd göstərdi. Mayın 14-də Ali Sovetin sessiyası çağırıldı, A.Mütəllibov hakimiyyətə qayıtdığını elan etdi.

Əsas müxalifət təşkilatı olan AXC buna qarşı hərəkətə keçdi. Xalq Cəbhəsinin Səbail rayonu ərazisindəki qərargahının qarşısında mitinq başladı. 15 may günü mitinqə çıxanlar Ali Sovetin (indiki Milli Məclis-red.) binasına doğru yürüşə başladılar. Hərbi texnikanın, silahlı qrupların müşayiəti ilə parlament binasına hücum edildi. Ayaz Mütəllibov ölkədən qaçdı, hakimiyyəti AXC götürdü.

Həmin proseslərdə iştirakçı olmuş Əməkdar jurnalist Azər Ayxan Globalinfo.az saytına maraqlı faktlar danışıb:

azer

Azər Ayxan

“1992-ci ilin mart ayının 6-da AXC-nin təşəbbüsü və təzyiqi ilə Ayaz Mütəllibov istefaya məcbur edildi. O, Xocalı soyqırımının qarşısını almamaqda günahlandırılırdı. Məclis onun istefasını səs çoxluğu ilə qəbul etdi. Ardından Ali Sovetə yeni sədr seçildi. Tibb Universitetinin rektoru, deputat Yaqub Məmmədov səsvermə yolu ilə Ali Sovetin sədri oldu. O, həm də prezident səlahiyyətlərini icra edirdi. O vaxt konstitusiyaya görə prezident hər hansı səbəbdən vəzifəsini icra edə bilməyəndə, səlahiyyətləri Ali Sovet sədrinə keçirdi. Hakimiyyət boşluğu yaranmışdı. Təkliflər səslənirdi ki, prezident üsul-idarəsi ləğv edilsin, Dövlət Şurası yaradılsın. Amma bu təklif keçmədi. Prezident seçkisi təyin edildi. AXC-nin namizədi Əbülfəz Elçibəyi oldu. Digər namizədlərdən yadımda qalanlar bunlardır: Yaqub Məmmədov, İlyas İsmayılov, Nizami Süleymanov, Rafiq Turabxanoğlu, Etibar Məmmədov. Etibar Məmmədov seçkiyə az qalmış namizədliyini geri götürdü”.

Seçilən
35
editor.az

1Mənbələr