AZ

Pentaqon gizli arxivləri AÇDI: Yadplanetlilərlə bağlı SENSASİON MƏLUMATLARI YAYDI

ABŞ Müdafiə Nazirliyi naməlum uçan obyektlər (UNO) ilə bağlı əvvəllər heç vaxt yayımlanmamış arxiv materiallarını ictimaiyyətə təqdim edib.

Musavat.com xəbər verir ki, bu addım Prezidentin "Naməlum Anomal Hadisələrlə Qarşılaşmaların Açılması və Hesabatlılığı Sistemi" (PURSUE) proqramı çərçivəsində atılıb.

Pentaqonun yaydığı rəsmi məlumatda qeyd olunur ki, proqramın əsas məqsədi "Naməlum Anomal Hadisələr" (UAP – əvvəllər UNO kimi tanınan) barədə məlumatların şəffaflığını artırmaqdır. Bu təşəbbüs dövlət arxivlərində saxlanılan sirli hadisələrin ictimaiyyət üçün əlçatan olmasını hədəfləyir.

Nazirliyin rəsmi saytında yerləşdirilən 162-dən çox fayla kəşfiyyat məlumatları, foto və video materiallar, həmçinin Federal Təhqiqat Bürosunun (FTB) xüsusi dosyeləri daxildir. Sənədlər arasında şahidlərin, mülki şəxslərin, hərbçilərin və NASA astronavtlarının verdiyi sensasiyalı ifadələr xüsusi yer tutur.

Musavat.com

Seçilən
12
1
musavat.com

2Mənbələr