AZ

Robot rahib təqdim olunub

Cənubi Koreyada yerləşən Buddist məbədində keçirilən mərasimdə “Qabi” adlı humanoid robot rahib kimi təqdim olunub. Dua edən, ilahilər oxuyan və Buddist andları qəbul edən robot din və texnologiyanın qovuşduğu yeni mərhələnin simvolu kimi qiymətləndirilir.

Seuldakı Jogye məbədində keçirilən mərasim zamanı “Qabi” Buddist rahiblərinin yürüşünə də qoşulub. Əllərini üzünün qarşısında birləşdirən robota “Özünü Buddaya həsr edəcəksənmi?” sualı verilib. O isə “Bəli, özümü həsr edəcəyəm” cavabını verib.

Cənubi Koreyanın ilk robot rahibi kimi təqdim edilən “Qabi”nin adı koreya dilində “şəfqət” mənasını verir. Məbəd rəsmiləri bildiriblər ki, robota Buddist mərhəmət anlayışını əks etdirən və tələffüzü asan olan ad seçilib.

Mərasimdə robota əməl etməli olduğu əsas prinsiplər də təqdim olunub. Bunlara digər robotlara və əşyalara zərər verməmək, insanlara itaət etmək, aldadıcı davranışlardan uzaq durmaq, enerjiyə qənaət etmək və həddindən artıq yüklənməmək kimi qaydalar daxildir.

Ülkər XASPOLADOVA,

 “Azərbaycan”

Seçilən
37
azerbaijan-news.az

1Mənbələr