AZ

İndoneziyada vulkan püskürdü: 20 turistin həyatı təhlükədədir

İndoneziyada Halmahera adasında Dukono vulkanının püskürməsindən sonra təcili xilasetmə əməliyyatı başlayıb. Ən azı 20 turistin həyatı orada təhlükədədir.

“The Independent” qəzetinin məlumatına görə, onlardan bəziləri əcnəbi, bəziləri də Sinqapur vətəndaşıdır.

İndoneziya Vulkanologiya Agentliyinin məlumatına görə, vulkan cümə günü səhər saat 7:41-də püskürüb və kraterin üzərindən 10 kilometrə qədər kül sütunu əmələ gətirib. Hakimiyyət orqanları yerli sakinləri və turistləri vulkandan ən azı 4 kilometr uzaqda qalmağa çağırıb. Onlar həmçinin yağışların səbəb ola biləcəyi vulkanik palçıq selləri təhlükəsi barədə də xəbərdarlıq ediblər.

//Samir Qurbanov, Editor.az

Seçilən
40
editor.az

1Mənbələr