ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Gəncə, 8 may, AZƏRTAC
Gəncə şəhərində ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədilə WUF13 Festivalı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Meydanında təşkil olunan festivalda interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.
Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunub.
Xatırladaq ki, WUF13 çərçivəsində növbəti festivallar Xankəndi və Sumqayıt şəhərlərində keçiriləcək.
Festivala mayın 13-də Bakı şəhərində Dənizkənarı Bulvar ərazisində yerləşən Saat Qülləsi meydanında yekun vurulacaq.
Müxbir - Elcan Məmmədov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.