“Barselona” PSJ-nin futbolçusu Bredli Barkola ilə maraqlanır. Metbuat.az xəbər verir ki, Kataloniya təmsilçisi yay transfer pəncərəsində hücum xəttini gücləndirmək niyyətindədir.Məlumata görə, klub rəhbərliyi gənc fransalı vingeri uzunmüddətli layihə üçün əsas namizədlərdən biri kimi dəyərləndirir. Barkolanın sürəti, texnikası və cinahda yaratdığı təhlükə “Barselona”nın oyun üslubuna uyğun hesab olunur.Bildirilir ki, transferin reallaşması PSJ-nin mövqeyindən və tələb edəcəyi məbləğdən asılı olacaq. Fransa təmsilçisinin futbolçunu asanlıqla buraxmaq niyyətində olmadığı qeyd olunur.Eyni zamanda, “Barselona” rəhbərliyi maliyyə vəziyyətini də nəzərə alaraq bu keçidi daha uyğun şərtlərlə reallaşdırmağa çalışır.