AZ

ABŞ İranın üç neft tankerini sıradan çıxardı

BAKI, 8 may. TELEQRAF

ABŞ Silahlı Qüvvələri Oman körfəzində İran limanlarına daxil olmağa çalışan üç neft tankerini sıradan çıxarıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Məlumata görə, ABŞ qüvvələri “Sea Star III” və “Sevda” tankerlərini İranın Oman körfəzində yerləşən limanına daxil olmadan əvvəl sıradan çıxarıb.

CENTCOM həmçinin qeyd edib ki, mayın 6-da ABŞ qüvvələri İranın “Hasna” tankerini də sıradan çıxarıb.

“Gəmilərin heç biri İrana doğru hərəkət etmir”, – deyə qurumdan bildirilib.

Seçilən
21
2
teleqraf.com

3Mənbələr