AZ

Vahid nəqliyyat sistemi sərnişinlərə nə vəd edir?

Prezident İlham Əliyevin imzaladığı yeni fərmana əsasən, Bakı Metropoliteni “BakuBus” və “Bakı Taksi Xidməti” MMC-lərin ona qoşulması formasında yenidən təşkil ediləcək.Qeyd edək ki, yerüstü nəqliyyat sistemi ilə yeraltı nəqliyyat sisteminin birləşdirilməsi təcrübəsi Azərbaycanda əvvəllər müşahidə edilməyib. Bu səbəbdən yenilik maraqla qarşılanıb.

KONKRET.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Raqif Raufoğlu bunun idarəetmənin səmərəli təşkili baxımından maraqlı yenilik olduğunu deyib:

“Beynəlxalq təcrübədə olduğu kimi, bir mərkəzdən idarəetmə nəqliyyat sahəsində ciddi üstünlüklər yarada bilər. Bu yanaşma avtobus, metro və taksi xidmətlərinin bir-biri ilə daha rahat inteqrasiyasına imkan verir. Məsələn, hər hansı innovativ yenilik tətbiq ediləndə hazırda müxtəlif qurumlar bunu ayrı-ayrılıqda həyata keçirməyə çalışır. Amma sistem vahid qurum tərəfindən idarə olunduqda həm proses daha sürətli olur, həm də vətəndaş əlavə çətinliklərlə üzləşmir”.

 

 

R.Raufoğlu söyləyib ki, qabaqçıl ölkələrdə, onların böyük şəhərlərində nəqliyyat sisteminin vahid mərkəzdən idarə edilməsinə üstünlük verilir. Onun sözlərinə görə, təcrübə göstərir ki, bu cür idarəetmə səmərəliliyi artıqmaqla yanaşı, innovasiyaların tətbiqini sürətləndirir, eləcə də şəhərlərdə sərnişin sıxlığının tənzimlənməsini asanlaşdırır:

“Bütün nəqliyyat vasitələri tək mərkəzdən idarə olunduqda, yollardakı yüklənməni real vaxt rejimində izləmək mümkündür. Tıxac olan ərazilərdə svetoforların iş rejimi tənzimlənir və avtobusların hərəkət intervalı optimallaşdırılır.

Bundan başqa avtobusların marşrutları və metronun iş qrafiki bir-birinə uyğunlaşdırılır. Bu, sərnişinlərin bir nəqliyyat növündən digərinə keçid zamanı (intermodal daşıma) vaxt itkisini minimuma endirir.
Eləcə də avtobusların marşrutları və metronun iş qrafiki bir-birinə uyğunlaşdırılır. Bu, sərnişinlərin bir nəqliyyat növündən digərinə keçid zamanı (intermodal daşıma) vaxt itkisini minimuma endirir.
Vahid sistem vasitəsilə hansı xətlərin daha çox yükləndiyi, sərnişin axınının hansı saatlarda pik həddə çatdığı dəqiq müəyyən edilir. Bu məlumatlar gələcəkdə yeni yolların və marşrutların planlaşdırılması üçün baza rolunu oynayır”.

Seçilən
27
1
konkret.az

2Mənbələr