AZ

Avropada hansısa geyim dəbə minir, dərhal hamı onu geyinir Deputatdan REAKSİYA

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Ədəbiyyatın da, fəlsəfənin də indiki rolu milli-mənəvi dəyərləri qorumaqdır".

Redaktor.az xəbər verir ki, bu fikirləri deputat Ceyhun Məmmədov öz sosial şəbəkəsində açdığı canlı yayım zamanı bildirdi.

O əlavə etdi ki, eyni zamanda müasirliyi təbliğ etmək olar, amma bu şərtlə ki, müasirliyin sözün həqiqi mənasında əhatə etdiyi anlayış nəzərdə tutulsun:

"Təəssüf ki, bu gün belə bir reallıq var: məsələn, Avropada hansısa geyim dəbə minir, dərhal hamı onu geyinir. Biri saqqal saxlayırsa, digərləri də saxlayır, biri saçını müəyyən formada uzadırsa, başqaları da onu təkrarlayır. Amma bu proses düzgün şəkildə aşılanmalıdır ki, insanlar doğru addımlar atsın və fəaliyyətlərini həmin istiqamətdə qursunlar. Biz özümüzü milli ədəbiyyat vasitəsilə dərk etdik. Mitinqlərdə şeirlərimiz səslənirdi, yazıçılarımız ön sırada gedirdi. Ona görə də ziyalılar hər zaman öz rollarını oynamalı və sözlərini deməlidirlər".

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
redaktor.az

2Mənbələr