AZ

Bu ərazilərdə işıq kəsiləcək

Mayın 9-da Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində yerləşən 110/35/6 kV-luq yarımstansiyada təmir və yoxlama işləri aparılacaq.Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar saat 01:00-dan 04:00-dək Binəqədi kəndi və ətraf yeni yaşayış massivləri, Biləcəri qəsəbəsinin Məmədoğlular, M. Aslanov və 10 May küçələri, həmçinin DSK yolu adlanan ərazinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Seçilən
0
16
anews.az

10Mənbələr