AZ

10 MAY – ULU ÖNDƏRİMİZİN DOĞUM GÜNÜDÜR

Müasir Azərbaycan tarixindən söhbət düşəndə ilk öncə gözümüzün önündə

bütün həyatını xalqının xoşbəxtliyinə həsr edən Heydər Əliyev canlanır. Özünün

dediyi kimi azərbaycanlı olması ilə daim qürur duyan bu böyük şəxsiyyətin

həyatının 40 ildən artıq bir dövrü ölkəmizin tərəqqisi naminə apardığı mübarizəyə

həsr olunub. Odur ki, Azərbaycanın inkişaf prosesinin əsasını qoyan, müstəqil

Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyev xalqımızın

qəlbində daim yaşayır və yaşayacaqdır.

Azərbaycan tarixinin önəmli bir dövrü-XX əsrin ikinci yarısı, XXI əsrin

başlanğıcı onun adı ilə bağlıdır. Heydər Əliyev 1969-cu ildə keçmiş Azərbaycan

SSR-in rəhbəri kimi fəaliyyətə başlayanda respublikamızın vəziyyəti heç də

ürəkaçan deyildi. Azərbaycan keçmiş Sovet İttifaqı tərkibində geridə qalan

respublikalardan biri idi. Məsul vəzifələrdə çoxlu sayda qeyri-millətlərin

nümayəndələri işləyirdi. Ana dilimiz sıxışdırılırdı. Belə bir şəraitdə respublika

rəhbəri təyin olunan Heydər Əliyev vaxt itirmədən Azərbaycanın hərtərəfli inkişafı

üçün genişmiqyaslı işlərə başladı. Şəxsi təşəbbüsləri və qətiyyəti sayəsində

respublikada çoxsaylı sənaye müəssisələrinin tikintisi üçün mərkəzdən vəsaitlər

ayırılmasına nail oldu. 1969-1982-ci illər ərzində 250-dən çox zavod, fabrik,

istehsalat sahələri tikilib istifadəyə verildi. Həmin dövrdə on mindən çox

azərbaycanlı gənc keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə təhsil almağa

göndərildi. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının,

elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak

edir.

Ulu öndərin Azərbaycan xalqının maddi və mənəvi həyat sverasına gətirdiyi

zənginlikləri saymaqla bitməz. Bu mövzuda söhbət düşəndə deyirdi ki, "dil də,

tarix də, mədəniyyət də millətsiz mövcud ola bilməz və hər hansı bir milləti yer

üzündən silmək üçün onun dilini, tarixini, eləcə də mədəniyyətini əlindən almaq

kifayətdir." O, SSRİ kimi böyük imperiyanın tərkibində olan Azərbaycanın 1978-

ci ildə qəbul olunan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit

olunmasına nail olmuşdur ki, bu da Heydər Əliyevin dilinə, dininə və milli

dəyərinə bağlılığının parlaq təzahürüdür.

Görkəmli şəxsiyyət hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrlərdə

həyata keçirdiyi çoxşaxəli fəaliyyəti xalqımızda milli qürur, milli mənlik şüurunun

formalaşmasına, azadlıq, müstəqillik duyğularının baş qaldırmasına gətirib

çıxarmışdır.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövr xalqımızın illərlə

həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun inkişafı və yüksəlişi

naminə apardığı mübarizələr və qələbələr tarixidir. Xüsusilə də, xalqın təkidi ilə

Ulu Öndərin 1993-cü il 15 iyunda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı müstəqil

Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Dahi lider az qala siyasi xəritədən

silinəcək ölkəmizi siyasi fırtınaların cəngindən alaraq, onun strateji mövqelərini

bərpa etdi, sabit ölkə imici qazandırdı.

1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti

tərəfindən ölkə Prezidenti seçildi. Heydər Əliyev milli dövlətçiliyimizin inkişaf

konsepsiyasını yaratdı. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində

Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə

başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu,

əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və

mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli

birliyi təmin edildi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra

ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin

möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və

xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında

həlledici rol oynadı.

Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa

qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması

ilə bağlı mühüm addımlar atılmağa başlandı. Bütün siyasi və diplomatik vasitələrin

işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə

edildi. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması və onun

gerçəkləşdirilməsi də məhz Ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan

və müstəqil Azərbaycanın neft strategiyasının həyata keçirilməsinin parlaq

təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun

bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi

kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Heydər Əliyev

dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı,

müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi.

Ulu Öndər özünün başladığı nəhəng işlərin uğurlu icrasını kimin təmin edə

biləcəyini də müəyyənləşdirdi. Fiziki imkanlarının tükəndiyi bir vaxtda həmişə

inandığı və etibar etdiyi xalqına müraciət ünvanladı: "İnanıram ki, mənim axıra

çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və

dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və

gələcəyinə böyük ümidlər bəsləyirəm". Bugünkü tarix sübut etdi ki, dahi

şəxsiyyətin uzaqgörənliyini Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham

Əliyev son 23 illik prezidentlik fəaliyyəti ilə təsdiqlədi. 2003-cü ildən keçən 23 il

ərzində isə Azərbaycan xalqı və dövləti, sözün əsl mənasında, sürətli inkişaf

dövrünü yaşayır.

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi Ulu Öndər Heydər

Əliyevin ideyalarının başlıca qayəsini təşkil etmişdir. Cənab Prezident İlham

Əliyevin dərin məzmunlu və çoxşaxəli siyasi kursu ilə ölkəmizin müstəqilliyi daha

möhkəmləndirildi. Bu siyasətin nəticəsi olaraq Azərbaycan hazırda dünyada söz

sahibi olan dövlətlərdəndir. Eyni zamanda Cənubi Qafqazın lideri statusunu

daşıyır. Tam müstəqil siyasət yürütməsi də respublikamızın beynəlxalq imicinə

müsbət təsir edən əsas amillərdəndir. Ən əsası da odur ki, indi Azərbaycan

tarixinin ən qüdrətli dövrünü yaşayır.

Azərbaycan Qarabağ münaqişəsinin həlli istiqamətində regionda sülhün

bərqərar olmasını təmin etmək məqsədi ilə ATƏT-in Minsk Qrupu həmsədrləri

vasitəsilə daha sıx fəaliyyət göstərməyə çalışdı. Lakin ATƏT-in Minsk Qrupu

ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar əvəzinə avantürist Ermənistan

hökumətinin işğalçılıq siyasətinə göz yumur, təxribatlara, atəşkəsin pozulmasına,

günahsız insanların qətlə yetirilməsinə, yaşayış məntəqələrinin darmadağın

edilməsinə seyrici mövqeyi nümayiş etdirdi. Bu da bu qurumun passiv, mandatına

uyğun fəaliyyət göstərməyən, işğalçı dövlətə qarşı təsirli tədbirlər görülməsi

istiqamətində heç bir addım atmayan lazımsız qurum olduğunu nümayiş etdirdi.

Bugün ölkəmizdə bütün sahələrdə hiss edilən inkişaf ordu quruculuğu

sahəsində də özünün ən yüksək zirvəsinə çatmışdır.

Ulu öndər bu gün cismən aramızda olmasa da onun ruhu çox şaddır. Dahi

liderin arzuları reallaşdı, Azərbaycan öz tarixi torpaqlarına qovuşdu. Müzəffər Ali

Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sözdə

yox, əməldə real və məğlubedilməz ordusu Ermənistanın ardıcıl təxribatlarının və

yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək

məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. 44 gün davam edən

hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində

Qarabağda qurduğu istehkamları darmadağın etdi, işğal altındakı torpaqları

düşmən əsarətindən azad etdi. Noyabrın 8-də Azərbaycan xalqı heç zaman

yaşamadığı sevinci və fəxarət hissini yaşadı, 34 illik həsrətdən sonra böyük

əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Ali

Baş Komandan İlham Əliyev "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" -

deyən Ulu Öndərin vəsiyyətini həyata keçirdi, xalqımıza Qələbə sevincini yaşatdı.

4

Cənab Prezident İlham Əliyevin 44 gün ərzində xarici mediada haqq səsimizi

ucaltması, xalqa müraciətlərində səsləndirdiyi sözlər hər bir azərbaycanlıda böyük

sevinc və qürur hisləri yaratdı. Bu tarixi qələbə, zəfər bayramını bizlərə yaşadan

Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz,

müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü

ordumuz, igid, rəşadətli əsgər və zabitlərimizdir.

Nə qədər ki qədirbilən xalqımız var, nə qədər ki müstəqil Azərbaycan var ulu

öndər daima qəlblərdə yaşıyacaq, xatirəsi ehtiramla anılacaqdır.

Faiq Əliyev,

ADNSU, Humanitar fənlər

kafedrasının dosenti

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
55
olaylar.az

1Mənbələr