futbolpress-az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Yuventus”dan ayrılacağı gözlənilən Federiko Kyeza karyerasını “Liverpul”da davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, İngiltərə klubu cinah oyunçusu üçün 4 illik müqavilə təklif edib. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Kyeza təklifi qəbul etsə, “qırmızılar”da illik 5 milyon avro maaş alacaq. “Liverpul” “Yuventus”a isə 15 milyon avro təklif edib. Danışıqlar son mərhələdədir.
26 yaşlı futbolçu bu mövsüm oyuna çıxmayıb. O, baş məşqçi Tiaqo Mottanın qərarı ilə əsas komandadan kənarlaşdırılıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.