AZ

​Köpəyin eşdiyi yerdən 3400 illik silah tapıldı -

İngiltərədə bir köpəyin təsadüfən torpağı eşələməsi nəticəsində 3400 illik tarixi olan qədim bir silah aşkara çıxıb. Hadisə ölkənin ən sıx meşəlik ərazilərindən sayılan Deanda baş verib. Metbuat.az xəbər verir ki, Con Smit adlı şəxs itini gəzdirərkən heyvanın bir yeri israrla qazdığını görüb. Daha sonra həmin yerdə aparılan araşdırmada tunç dövrünə aid, təxminən miladdan öncə 1400-1275-ci illərə gedib çıxan nadir bir balta başı tapılıb. Mütəxəssislər bildirirlər ki, bu tip silahlar yalnız məişətdə istifadə olunmayıb, həm də o dövr insanlarının sosial statusunu göstərən mühüm əşya olub. Balta həm ağac kəsmək, həm də döyüş məqsədilə istifadə edilən çoxfunksiyalı bir alət sayılırdı. Arxeoloqların fikrincə, tapıntının aşkarlandığı Dean meşəsi Böyük Britaniyanın ən qədim yaşayış və ritual bölgələrindən biri kimi tanınır. Burada daha əvvəl də tunç dövrünə aid abidələri və daş strukturlar tapılıb.

3400 illik bu tarixi silah elmi araşdırma predmetinə çevrilib.

Seçilən
14
metbuat.az

1Mənbələr