AZ

Hər 4 nəfərdən biri öz psixoloji sağlamlığı üçün heçnə etmir ARAŞDIRMA

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Hər dörd nəfərdən biri psixoloji vəziyyətini yaxşılaşdırmaq üçün heç bir addım atmır.

Milli.Az xəbər verir ki, "Independent" nəşrinin yaydığı məlumata görə, Böyük Britaniyada Mental Health Foundation təşkilatının sifarişi ilə Opinium tərəfindən 4 min yetkin arasında sorğu keçirilib.

Araşdırma göstərib ki, iştirakçıların 25 faizi son bir ay ərzində ruhi sağlamlığını dəstəkləmək üçün heç nə etməyib.

Mental Health Foundation təşkilatının siyasət və təsir üzrə direktoru Alexa Knight bildirib ki, insanların ruhi sağlamlığın vacibliyini anlamasına baxmayaraq, bir çoxu həm özü, həm də yaxınları üçün real addımlar atmır.

Mütəxəssislər psixoloji vəziyyəti yaxşılaşdırmaq üçün təbiətdə vaxt keçirməyi, fiziki aktiv olmağı, ekran qarşısında az vaxt keçirməyi, dostlarla ünsiyyəti artırmağı, düzgün yuxu rejimi qurmağı, bol su içməyi və yeni bacarıqlar öyrənməyi tövsiyə edirlər.

Mina Mikayılova

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
news.milli.az

1Mənbələr