AZ

Agentliyin dəstəyi ilə qadın və uşaqların təhlükəsizliyi üçün yeni regional layihə başladı » AzadMedia.az


“Təmas” Regional İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərb bölgəsində insan alveri və məişət zorakılığına qarşı mübarizədə yeni yanaşmalar” layihəsinin icrasına başlayıb.

Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, layihənin əsas məqsədi insan alveri və məişət zorakılığının qarşısının alınması, risk qrupunda olan qadın və uşaqların müdafiəsinin gücləndirilməsi, eləcə də gənclərin və məktəb icmalarının kibertəhdidlər, rəqəmsal təhlükələr və onlayn zorakılıq formaları barədə məlumatlılığının artırılmasıdır.

Layihə rəhbəri Südabə Məmmədovanın sözlərinə görə, layihə iki əsas istiqamət üzrə həyata keçiriləcək. Birinci istiqamət regionda fəaliyyət göstərən Yardım Mərkəzi – sığınacağın davamlı fəaliyyətinin təmin edilməsini əhatə edir. Bu çərçivədə zorakılığa məruz qalmış və ya risk altında olan qadın və uşaqlara təhlükəsiz mühit, psixososial dəstək və sosial xidmətlər göstəriləcək.

İkinci istiqamət isə Qərb bölgəsində yerləşən 4 məktəb icmasında “Kiber məkanın təhlükəsizlik qaydaları” mövzusunda maarifləndirici seminarların təşkili ilə bağlıdır. Seminarlar zamanı iştirakçılara rəqəmsal təhlükələr, onlayn zorakılıq, şəxsi məlumatların qorunması və təhlükəsiz internet istifadəsi barədə praktiki biliklər veriləcək.

Tədbirlərə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi və ərazi üzrə polis idarələrinin nümayəndələri dəvət olunacaq.

Layihə 4 ay müddətində həyata keçiriləcək.
Seçilən
21
4
azadmedia.az

5Mənbələr