Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.
Etibar Məmmədovun evi soyulub, keçmiş olsun. Pulları oğurlayan onları Bilgəhdə qızlara xərcləyibniş! Bir sözlə, pul getdi gedər-gəlməzə...
Oğurluğu edən Etibar Məmmədovun villasında yaşayan bağbanın oğludur - Əli Əbülhəsənli.
Yadıma məşhur bir frazası düşdü: "Öz millətimdən olan diktatoru, özgə millətdən olan demokratdan üstün tuturam".
Düşündüm: yaxşı ki onun evini soyan - başqa millətdən deyil ki.
Etibar bəy milli adamdır: öz millətindən olan oğrunu özgə millətdən olan doğrudan üstün tutur.
Bu 19 min dollar - "bağ evində şkafdakı " paçka-paçka" pullar, görəsən, 1993-cü ilin iyun qiyamından gələn qonorar deyil ki?!
Yox, əşi, indiyə dollar qalar?! Bu, nədirsə, təzə söhbətdir.
Tələəb edirəəəm: "Müxalifət"in bağlarındakı şkafların təhlükəsizliyi dərhal təmin edilsin. Yoxsa "sabaaadanan hamı tətiləəəə! "
Seyid Əhmədli
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.