AZ

ABŞ bu sanksiyaları daha da sərtləşdirmək niyyətindədir

Bakupost saytına istinadən ain.az xəbər verir.

"ABŞ Kubaya qarşı birtərəfli sanksiyalar rejimini daha da sərtləşdirməyi planlaşdırır".

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

Onun sözlərinə görə, Vaşinqton Kuba iqtisadiyyatının təxminən 40%-nə nəzarət etdiyi iddia olunan "Grupo de Administracion Empresarial S.A." (GAESA) konqlomeratına, təşkilatın rəhbəri Ani Gilyermina Lastres Moreraya, eləcə də ada dövlətində nikel hasilatı ilə məşğul olan "MOA Nickel S.A." (MNSA) birgə müəssisəsinə qarşı sanksiyalar tətbiq edib.

Bu məhdudiyyətlər ABŞ Prezidenti Donald Tramp tərəfindən mayın 1-də imzalanmış və Kubaya qarşı birtərəfli sanksiyaların kəskin sərtləşdirilməsini nəzərdə tutan fərman əsasında tətbiq olunur.

Sənəddə qeyd olunur ki, ABŞ-nin Kubaya qarşı məhdudlaşdırıcı tədbirləri üçüncü ölkələrə də təsir göstərə bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
1
www.bakupost.az

10Mənbələr