Yazını böyüt
Yazını kiçilt
Futbol üzrə Azərbaycan Premyer Liqasında 31-ci turun növbəti oyunu keçirilib.
Hafta.az xəbər verir ki, çempion “Sabah” öz meydanında “Kəpəz”i qəbul edib.
Görüş Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu oyundan sonra “Sabah” 75 xalla turnir cədvəlinə başçılıq edir. 27 xalı olan “Kəpəz” isə 10-cu yerdədir.
Qeyd edək ki, 31-ci turun digər qarşılaşmaları mayın 9-10-da keçiriləcək.