AZ

Hindistan səfirliyi Bakıda Rabindranat Taqorun doğum gününü münasibətilə tətbir keçirib - FOTO

Hindistanın Azərbaycandakı Səfirliyi Nobel mükafatı laureatı, şair və filosof Rabindranat Taqorun doğum ildönümünə həsr olunmuş ədəbi tədbir keçirib.

Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Prezident Administrasiyasının nümayəndələri, Azərbaycan Dillər Universitetinin müəllim və tələbələri, media təmsilçiləri və Hindistan diasporunun üzvləri iştirak ediblər.

Azərbaycan Dillər Universitetinin tələbələri Taqorun şeirlərini Azərbaycan və ingilis dillərində səsləndirib, həmçinin Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərindən parçalar təqdim ediblər.

Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar çıxışında Nizami Gəncəvinin poeziyasını da yüksək qiymətləndirərək onun əsərlərinin dərin mənəvi və bədii məzmun daşıdığını vurğulayıb və Rabindranat Taqorun şeirlərindən birini səsləndirib.

Tədbirdə Taqorun həyatı və yaradıcılığına dair audio-vizual təqdimat nümayiş etdirilib, sonda isə tələbələrə kitab hədiyyələri təqdim olunub.

Hindistan Hindistan
Seçilən
30
2
apa.az

3Mənbələr