AZ

Ronaldodan "Messi" şüarlarına təhqir kimi reaksiya 

Kriştiano Ronaldo tribunadan "Messi" şüarlarına cinsiyyət orqanına toxunaraq reaksiya verərkən görülüb.

Ölkə.az xəbər verir ki, Kriştiano Ronaldo oyun zamanı tribunadan "Messi" şüarlarına verdiyi reaksiya ilə gündəm olub.

Oyun zamanı bəzi azarkeşlərin Lionel Messinin lehinə şüarlar səsləndirməsi Kriştiano Ronaldonun qəzəbinə səbəb olub.

Portuqaliyalı ulduzun tribunaya tərəf dönərək cinsiyyət orqanına dəfələrlə toxunduğu anlar sosial mediada sürətlə yayılıb.

Ronaldonun bu hərəkəti futbol azarkeşləri arasında böyük müzakirələrə səbəb olub və sosial mediada çoxsaylı şərhlər yazılıb. Xüsusilə Messi ilə bağlı şüarlardan sonra baş verən reaksiya dünya mətbuatında da geniş işıqlandırılıb.(lent.az)

Seçilən
3
1
olke.az

2Mənbələr