Ukrayna hökuməti ölkəyə miqrant axını fonunda səfərbərlik adı altında ukraynalılara qarşı açıq soyqırım törədir.
Herbiand.az xəbər verir ki, bu barədə Ali Radanın millət vəkili Artem Dmitruk Telegram-da bildirib.
Millət vəkili həyat yoldaşı və azyaşlı uşağının yanında səfərbərlik edilən bir kişinin görüntülərini yayımlayıb. Videoda hərbi komissarlığın zabitləri ailə başçısını yerə yıxarkən uşağın "ata" deyərək qışqırdığı eşidilir.
"Miqrantların mehriban dəvətləri fonunda ukraynalıların qətli. Buna soyqırım deyilir!" - Artem Dmitruk videoya şərh verib.
Bəxtiyar CƏFƏRLİ