AZ

Qızıl şaxtası çökdü Çox sayıda ölən var

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Keniyanın şimal-qərbində lisenziyasız qızıl hasilatı aparılan şaxtanın çökməsi nəticəsində azı 15 nəfər ölüb.

Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Anadolu Ajansı” məlumat yayıb.

Məlumata görə, ölənlərdən 10-u qadındır. Hadisə nəticəsində 12 nəfər sağ qalaraq xəstəxanaya yerləşdirilib.

Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Keniya Qızıl Xaç Cəmiyyəti ölənlərin sayının arta biləcəyini istisna etmir.

Qeyd edək ki, qəzanın böyük bir daşın düşməsi nəticəsində divarların çökməsi səbəbindən baş verdiyi bildirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
1
avtosfer.az

2Mənbələr