AZ

Türkiyə HƏMAS-la bağlı iddialara CAVAB VERDİ: “Dezinformasiyadır” – FOTO

Türkiyə HƏMAS yaraqlılarının öz ərazisində hərbi təlim keçməsi ilə bağlı iddiaları təkzib edib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.

Mərkəzdən verilən rəsmi açıqlamada “Türkiyədə müxtəlif qruplara hərbi və PUA təlimlərinin verilməsi” ilə bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi bildirilib.

Açıqlamada qeyd olunur ki, bu cür məlumatlar Türkiyənin Fələstinə verdiyi dəstəyi sarsıtmaq və regionda vəziyyəti sabitləşdirmək məqsədi daşıyan “qara təbliğat kampaniyasının” bir hissəsidir.

Bu bəyanat, xüsusilə İsrail mediasında HƏMAS yaraqlılarının Türkiyədəki mülki atıcılıq klublarında təlim keçməsi və PUA idarəetmə lisenziyası alması ilə bağlı yayılan xəbərlərdən sonra verilib.

İddialarda HƏMAS-ın bu yolla İsrailə qarşı döyüşmək üçün kadr hazırladığı və daha sonra onları Livan, İordaniya və İordan çayının qərb sahilinə göndərməyi planlaşdırdığı bildirilirdi.

Rəsmi Ankara sözügedən iddiaları qəti şəkildə rədd edərək, bu cür məlumatların həqiqəti əks etdirmədiyini bir daha vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
35
interpress.az

1Mənbələr